...

Arıqlamaq istəyənlərin nəzərinə: 9 ayda 105 kiloqram çəki azaltmaq mümkündür

Maraqlı Materials 27 Fevral 2012 14:44 (UTC +04:00)
İranın Gilan əyalətində yaşayan Rza Didari adlı gənc 9 ay ərzində 105 kiloqram arıqlaya bilib. O, İranda tez arıqlamaq üzrə rekord vurub.
Arıqlamaq istəyənlərin nəzərinə: 9 ayda 105 kiloqram çəki azaltmaq mümkündür

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Gilan əyalətində yaşayan Rza Didari adlı gənc 9 ay ərzində 105 kiloqram arıqlaya bilib. O, İranda tez arıqlamaq üzrə rekord vurub. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, onun çəkisi 201 kiloqram olub. O, çəkisini 9 ay ərzində 105 kiloqram azaldaraq 96 kiloqrama çatdırıb.

"Həkimlər mənim səhhətimin pisləşdiyini demişdi və mən ümidsiz olmuşdum. Dostlarımın birinin məsləhəti ilə idman zalına getdim və məşqçinin köməyi ilə çəkimi 96 kiloqramadək azalda bildim", - Didari deyib.

O əlavə edib ki, çəkisini 80 kiloqrama qədər azaltmaq istəyir.

Xəbər lenti

Xəbər lenti