...

Hansı qadınlar sevməyi bacarmırlar?

Maraqlı Materials 6 Aprel 2012 18:52 (UTC +04:00)
İsveç alimləri özlərinin gözlənilməz ixtiraları ilə nikah və ailə haqqında əsrlərlə mövcud olan təsəvvürləri alt-üst ediblər.
Hansı qadınlar sevməyi bacarmırlar?

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir X.Murtuzayeva/

İsveç alimləri özlərinin gözlənilməz ixtiraları ilə nikah və ailə haqqında əsrlərlə mövcud olan təsəvvürləri alt-üst ediblər. Onlar nəyə görə ər-arvadın müəyyən vaxt keçdikdən sonra ayrıldıqlarını anlamağa nail olublar. Həm də burada məsələ heç də psixologiyada deyil. Bu barədə Trend- İTAR-TASS-a istinadən məlumat verir.

Məlum olub ki, qadın və kişilər A-allel geninə görə bir yerdə yaşaya bilmirlər. Bu gen yalnız qadınlarda aşkar olunub və o, "sevgi hormonu" adlandırılan oksitosinin hasil olunmasına görə cavabdehdir. Genin qadınların münasibətləri ilə bu əlaqəsinin təhlili göstərib ki, onların hamısı ya artıq boşanıb və ya əri ilə daimi davada və nifaqdadır.

Alimlər təsdiqləyirlər ki, bu qadınlar sadəcə olaraq "sevməyi bacarmırlar", onlarda bütün başqa funksiya və instinktlərin normal işləməsinə baxmayaraq, bu (sevmək), genetik olaraq qoyulmayıb.

Xəbər lenti

Xəbər lenti