...

Erotik filmlər beynin işini necə dəyişdirir?

Maraqlı Materials 20 Aprel 2012 14:33 (UTC +04:00)
Hollandiyanın Groningen Universitetində menopauza dövrünə daxil olmamış 12 heteroseksual qadın üzərində aparılan araşdırmaya görə, erotik vizual görüntü qarşısında beyin qan dövranının istiqamətini dəyişir.
Erotik filmlər beynin işini necə dəyişdirir?

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Hollandiyanın Groningen Universitetində menopauza dövrünə daxil olmamış 12 heteroseksual qadın üzərində aparılan araşdırmaya görə, erotik vizual görüntü qarşısında beyin qan dövranının istiqamətini dəyişir.

Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, biri sənədli, digər ikisi pornoqrafik olan üç videonu izləyən iştirakçıların beyinlərinin fəaliyyəti xüsusi cihaz vasitəsilə izlənilib.

Görüntülərdəki erotik səviyyə artdıqca beyindəki ehtiras da artıb. Buna görə də açıq-saçıq filmlər beyinin vizual fəaliyyətə görə cavabdeh olan "Brodmann sahəsi 17" kimi tanınan hissəsini sakitləşdirir.

Normal halda televiziya izləmək və ya hər hansı bir vizual məzmun qarşısında həmin bölgəyə getməli olan qan beynin cinsi pozuntulara görə cavabdeh olan hissəsinə axır. Orqazm zamanı bu gərginliyin azalması bu araşdırmanın düzgünlüyünü sübut edir. Amma beynin eyni anda gərgin və ya stimullaşması ehtimalı məlum deyil. Vizual görüntü zamanı bütün diqqətini detallara verən beyin gərgin qalaraq səhv etməkdən çəkinir. Buna baxmayaraq, cinsi istək fəal hala keçdikcə detallar əhəmiyyətini itirir və gərginliyin səviyyəsi azalır. Alimlər hesab edirlər ki, cinsi hisslər ancaq təhlükəsiz mühitdə meydana çıxdıqda detallara ehtiyac qalmayacaq.

Xəbər lenti

Xəbər lenti