Azərbaycan, Bakı, 2 may /Trend, müxbir X.Murtuzayeva/
İngiltərənin Durham Universitetinin alimləri Osaka Universitetindən olan həmkarları ilə birlikdə insanda fertilliyi (nəsilvermə qabiliyyətini) yüksəltməyə qadir olan gen aşkar ediblər. Bu barədə Trend Rusiya KİV-ə istinadən yazır.
Alimlərin fikrincə, siçanlar üzərində araşdırma zamanı əldə olunan bu nəticə təbii yolla hamilə qala bilməyənlərə kömək edəcək.
PDILT proteini hasil edən gen araşdırmanın diqqət mərkəzinə düşüb. O, spermaya mayalanma üçün çox vacib olan yumurta hüceyrəsinə yapışmağa imkan verir. Əgər erkək siçanlarda bu gen "bağlanarsa", onlar 3 faizdən az toxum hüceyrəsi mayalandırmağa müvəffəq olurlar. Amma genin "qoşulma"sı zamanı 80 faizdən çox mayalanma qeydə alınıb.
Alimlərin fikrincə, protein spermatozoidlərin naviqasiya sisteminin işləməsi baxımından vacibdir. O, spermatozoidlərə fallop (uşaqlıq) borularından keçməyə imkan verir. Onlar müəyyən ediblər ki, kumulyus hüceyrələri, yumurta hüceyrəsini əhatə və müdafiə edən yumurtaların bir yerə toplanması fertillikdə mühüm rol oynayır. Belə ki, onlar spermaya yumurta hüceyrəsinə düzgün yapışmaqda kömək edirlər.