...

Britaniyada depressiya uşaq xəstəliyinə çevrilir

Maraqlı Materials 31 May 2012 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniyada psixoloqların apardıqları araşdırmalara görə, hətta beş yaşında olan uşaqlar kliniki depressiyadan və həyəcandan əziyyət çəkirlər. Ölkədə müalicəyə göndərilən 18 yaşından aşağı şəxslərin sayı hər il artır. Bununla eyni vaxtda "Prozak" həblərinə yazılan reseptlərin miqdarı da çoxalır. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Psixoloqlar bu kədərli statistikanın səbəbini xəstə uşaqların valideynlərinin maliyyə problemlərinin artmasında və valideynlərin narkotiklərdən istifadəsində görürlər.

Nəticədə 5-16 yaşlı hər on uşaqda kliniki pozuntu aşkar etmək mümkündür. Onların 50 faizində simptomlar özünü 14 yaşından tez büruzə verir.

Bəzi uşaqlar cəmi bir neçə aylıq olarkən psixoloqun nəzarəti altına düşürlər. Ekspertlər buna misal olaraq, 18 ayından son dərəcə həyəcanlı olduğuna görə müalicə olunan oğlan uşağının əhvalatını göstərirlər. Uşaq anasının onu tərk edəcəyindən dəhşətli şəkildə qorxur. Onda problemlər doğulmasından dərhal sonra baş qaldırıb. Həyəcanlılıq oğlanın emosional partlayışlara meyilli olaraq predmetləri atmasında, əşyaları qırmasında ifadə olunur.

Hökumət yaxın zamanlarda uşaqlarda psixi pozuntuların müalicəsinə əlavə 22 milyon funt ayırmağı planlaşdırır. Mütəxəssislərin fikrincə, məktəblərdə psixoloji yardım sistemi tətbiq etməklə vəziyyəti dəyişmək mümkündür.

Xəbər lenti

Xəbər lenti