...

Dünyanın ən bahalı avtomobili 35 milyon dollara satılıb

Maraqlı Materials 6 İyun 2012 16:55 (UTC +04:00)
1962-ci ilin istehsalı olan "Ferrari 250 GTO" 35 milyon dollara satılıb. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.
Dünyanın ən bahalı avtomobili 35 milyon dollara satılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir X.Murtuzayeva/

1962-ci ilin istehsalı olan "Ferrari 250 GTO" 35 milyon dollara satılıb. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Avtomobil zəngin tarixə və qeyri-adi rəngə malikdir.

Satılan Ferrari özünün unikal "yaşıl livreya" rənginə malik olması ilə fərqlənir. O, xüsusi olaraq Stirlinq Mossun UDT-Laystall adlı yarış komandası üçün hazırlanıb. Bu avtomobil 1962-1964-cü illərdə istehsal olunan "Ferrari 250 GTO"-nun 39 buraxılışından biridir.

Avtomobil danimarkalı iş adamı Erik Heerem tərəfindən satılıb. Alıcı isə amerikalı kolleksiyaçı, "Eagle River Investments" investisiya fondunun rəhbəri Krey Makkou olub.

Qeyd edək ki, 250 GTO modelləri Ferrari-nin əvvəlki illərdə buraxılan ən populyar modelləridir.

Yeri gəlmişkən, italiyalı avtomobil istehsalçılarının bu modelinin uğurlu dizaynı və konstruksiyası onların gələcəkdə də elit idman avtomobilləri istehsalçılarının hazırkı yerini tutmasına güclü təsir göstərib. Bu modeldən olan maşınlar neçə illərdir ki, qiymət rekordunu saxlayır.

Xəbər lenti

Xəbər lenti