...

Günəş enerjisi ilə ilk qitələrarası səyahət

Maraqlı Materials 6 İyun 2012 20:14 (UTC +04:00)
Günəş enerjisi ilə işləyən təyyarə ilə ilk qitələrarası uçuş həyata keçirilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Günəş enerjisi ilə ilk qitələrarası səyahət

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir X.Murtuzayeva/

Günəş enerjisi ilə işləyən təyyarə ilə ilk qitələrarası uçuş həyata keçirilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İsveçrəli macəraçı pilot Bertrand Piçardın idarə etdiyi "Solar Impulse" adlı təyyarə dünən İspaniyanın paytaxtı Madriddəki Barajas hava limanından havaya qalxıb.

Ötən həftə əsən şiddətli küləklə əlaqədar uçuşu təxirə salınan "Solar Impulse" 2.500 km məsafə qət etdikdən sonra Mərakeşin paytaxtı Rabatda yerə enib. Qeyd edək ki, dördmotorlu "Solar Impulse" 12 min Günəş batareyasına malikdir.

Xəbər lenti

Xəbər lenti