...

Avropanın ən varlı adamı maliyyə böhranının hökm sürdüyü ölkədə yaşayır

Maraqlı Materials 14 İyun 2012 19:42 (UTC +04:00)
Avropanın ən varlı adamı "Zara" və "Massimo Dutti" brendlərinin sahibi ispan Amansio Orteqadır. "Bloomberg"in milyarderlər indeksinə görə, hazırda maqnatın sərvəti 39,5 milyard dollar təşkil edir.
Avropanın ən varlı adamı maliyyə böhranının hökm sürdüyü ölkədə yaşayır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir X.Murtuzayeva/

Avropanın ən varlı adamı "Zara" və "Massimo Dutti" brendlərinin sahibi ispan Amansio Orteqadır. "Bloomberg"in milyarderlər indeksinə görə, hazırda maqnatın sərvəti 39,5 milyard dollar təşkil edir. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Beləliklə, Orteqa İsveçin IKEA mebel şirkətinin yaradıcısı və rəhbəri İnqrav Kampradı qabaqlayıb. Belə ki, isveçli milyarderin var-dövləti 37 milyard dollar həcmində qiymətləndirilir.

KİV-in qeyd etdiyi kimi, buna baxmayaraq, Avropanın ən varlı adamı Amansionun vətənində hazırda ağır maliyyə böhranı hökm sürür. İspaniya hökuməti Aİ-dən 125 milyard dollar həcmində borc istəyib. Ölkədə işsizliyin səviyyəsi 20 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti