Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir X.Murtuzayeva/
İyirminci əsrin ən məşhur sənətkarlarından olan fransız rəssam Henri Matisseyə (1869-1954) aid edilən "Qırmızı donlu cariyə" əsəri tapılıb. Xatırladaq ki, bu əsər 2003-cü ildə Venesueladakı Karakas Müasie Sənət Muzeyində nümayiş olunarkən oğurlanmışdı.
Trend-in məlumatına görə, ABŞ-ın FTB-nin agentləri tablonu Mayamidəki hotellərdən birində aparılan bir əməliyyat zamanı ələ keçiriblər.
Pedro Antonio Marcuello Guzman (46 yaş) və Mariya Marta Eliza Ornelas Lazo (50 yaş) adlı iki şüphəli şəxs hoteldə özlərini alıcı kımi qələmə vermiş FTB agentlərinə tablonu 740 min dollara satmaq istərkən yaxalanıblar. Günahları sübuta yetirilərsə, onları on ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, hərəmin təsvir edildiyi tablo təxminən 3 milyon dollar dəyərindədir.
Oğurlanmış məşhur rəsm əsəri tapılıb
İyirminci əsrin ən məşhur sənətkarlarından olan fransız rəssam Henri Matisseyə (1869-1954) aid edilən “Qırmızı donlu cariyə” əsəri tapılıb. Xatırladaq ki, bu əsər 2003-cü ildə Venesueladakı Karakas Müasie Sənət Muzeyində nümayiş olunarkən oğurlanmışdı