...

Əkinçilər ən xoşbəxt insanlardır

Maraqlı Materials 24 İyul 2012 17:14 (UTC +04:00)
İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, masa arxasında işləmək insanları heç də xoşbəxt etmir.
Əkinçilər ən xoşbəxt insanlardır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir X.Murtuzayeva/

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, masa arxasında işləmək insanları heç də xoşbəxt etmir.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin Milli Statistika İnstitutunun keçirdiyi sorğunun nəticələri əkinçilərin, meşə təsərrüfatı işçilərinin və balıqçıların ən xoşbəxt insan olduqlarını ortaya çıxarıb.

Belə ki, insan rifahı mövzusu üzrə aparılan beynəlxalq araşdırmada adamlardan işdə qazandıqları puldan çox xoşbəxt olub-olmadıqları soruşulub. Bu zaman ortaya maraqlı bir fakt da çıxıb. Məlum olub ki, işində xoşbəxt olan hər üç nəfərdən biri mədən, elektrik, qaz və su təchizatı, kanalizasiya və tullantılar şəbəkəsində çalışan insanlardır.

Xəbər lenti

Xəbər lenti