...

Kleopatranın makiyaj sirləri

Maraqlı Materials 4 Sentyabr 2012 12:25 (UTC +04:00)
Beş min il əvvəl qədim misirlilər sürmədən yalnız gözəl görünmək üçün istifadə etmirdilər. Onlar bu kosmetik məhsuldan bir sıra fərqli məqsədlər üçün də yararlanırdılar.
Kleopatranın makiyaj sirləri

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Beş min il əvvəl qədim misirlilər sürmədən yalnız gözəl görünmək üçün istifadə etmirdilər. Onlar bu kosmetik məhsuldan bir sıra fərqli məqsədlər üçün də yararlanırdılar. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Öz dövrünün ən məşhur gözəl qadınlarından olan Kleopatra gözlərinin üstü üçün yaşıl mineraldan, altı üçün isə tünd mavi və qızılı parıltılı boyadan istifadə edirdi. Qaşlarını boyayır və kirpiklərini sürmə vasitəsilə uzadırdı. Dodaqları üçün isə qırmızı torpaqdan hazırlanan boyadan istifadə edirdi. O, dırnaqlarını lak funksiyasını yerinə yetirən həna ilə boyayırdı. Bəzən ovuclarının içərisinə hənadan müxtəlif şəkillər çəkdirirdi.

Kleopatra e.ə. I əsrdə hakimiyyətə gələndə misirli qadınların dolablarında süxur, torpaq və minerallardan əldə olunan rəngarəng göz boyaları var idi. Belə ki, göz ətrafına çəkilən tünd rəngli boyalar gözləri kəskin işıqdan qoruyurdu. Məlum olan ilk göz sürməsi minerallardan əldə edilən tünd yaşıl rəngli məcun şəklində olub.

Xəbər lenti

Xəbər lenti