...

Eşq ağlı başdan alır

Maraqlı Materials 12 Noyabr 2012 12:36 (UTC +04:00)
İnsanların eşq uğrunda ailələrini, evliliklərini, karyeralarını belə riskə atmalarının nədən qaynaqlandığı məlum olub. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
Eşq ağlı başdan alır

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir X.Murtuzayeva/

İnsanların eşq uğrunda ailələrini, evliliklərini, karyeralarını belə riskə atmalarının nədən qaynaqlandığı məlum olub. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

London Universitetinin mütəxəssisləri eşqin ən həyəcanlı günlərində insan beyninin ön qabığının "mühakimə qabiliyyəti" ilə əlaqədar öz fəaliyyətini dayandırdığını müəyyən ediblər. Belə ki, mütəxəssislər skan etmə metodu ilə beyindəki kimyəvi dəyişikliklərin xəritəsini çıxarıblar. Üzərində təcrübə aparılan şəxslərə sevdiklərinin fotoşəklini göstərdikdə onların ön beyin qabığında tənqidə və ya şübhəyə yol açan mexanizmlərin öz işini dayandırdığı meydana çıxıb.

Bununla da, ingilis alimlərin bu kəşfi ilə xalq arasında geniş yayılmış "eşq ağlını başından alıb" deyimi öz elmi sübutunu tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti