...

19 il əvvəl evləndiyi qadın kişi çıxdı

Maraqlı Materials 27 Noyabr 2012 15:06 (UTC +04:00)
Yaşlı belçikalı 19 il əvvəl evləndiyi qadının əslində kişi cinsinin nümayəndəsi olduğunu öyrənib.
19 il əvvəl evləndiyi qadın kişi çıxdı

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Yaşlı belçikalı 19 il əvvəl evləndiyi qadının əslində kişi cinsinin nümayəndəsi olduğunu öyrənib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, belçikalının həyat yoldaşı oğlan doğulub və heç vaxt cinsini dəyişməyib.

Həyat yoldaşı bu barədə məlumat verdikdən sonra 64 yaşlı belçikalı onu döyüb. Sonradan məlum olub ki, kişidən başqa ətrafdakıların hamısının bu barədə xəbəri olub.

Qeyd edək ki, bu, belçikalının sayca üçüncü nikahı olub. Hətta 64 yaşlı kişi o qədər xoşbəxt olub ki, heç vaxt boşanmayacağını düşünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti