...

Dünyanın ən ucaboy qadını öldü (FOTO)

Maraqlı Materials 5 Dekabr 2012 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Dünyanın ən ucaboy qadını kimi tanınan çinli Yao Defen 41 yaşında Çinin şimalındakı Anxoy vilayətində vəfat edib. Onun ölümünə səbəb beynindəki şiş olub. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Telegraph" qəzeti Çinin "Anhui News" qəzetinə istinadən xəbər verir.

Yao Defenin hələ noyabrın 13-də vəfat etsə də, bu, KİV-ə yalnız indi məlum olub. Qadında onkoloji xəstəlik diaqnozu 2006-cı ildə basketbol oyunu zamanı huşunu itirməsindən sonra qoyulmuşdu. Şişin çıxarılmasına baxmayaraq, xəstəlik növbəti il "yenidən qayıdıb".

Bundan başqa, 2009-cu ildə Defen nahar edərkən huşunu itirəndə onun beynində qan laxtası aşkar edilmişdi. Onun valideynləri yoxsul olduqlarından qızlarının müalicəsi üçün kifayət qədər pul tapa bilməmişdilər.

Qeyd edək ki, gənc yaşlarında sirkdə çalışan Defen ailəsinin kasıb olmasına baxmayaraq, heç vaxt dövlətdən maddi yardım almayıb.

Xatırladaq ki, boyu 2,33 metr olan Yao 2010-cu ildə ən ucaboy qadın kimi "Ginnesin Rekordlar Kitabı"na salınmışdı. Öldüyü zaman onun boyu 2,36 metr idi. Beynində şişin əmələ gəlməsinə səbəb onun dayanmadan boy atması olub.

Qadının çəkisi 190 kiloqrama yaxın, ayağının ölçüsü isə 79 santimetr idi. Onun üçün ayaqqabını xüsusi sifarişlə alman çəkməçi Corc Vessels tikirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti