...

Gürcüstanda 6 yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb

Maraqlı Materials 28 Dekabr 2012 11:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Altı yaşlı Nikoloz Qaçava möcüzə nəticəsində sağ qalıb. Belə ki, o, Tbilisinin Qldani mikrorayonunda yüksəkmərtəbəli binanın doqquzuncu mərtəbəsindən yıxılıb və sağ qalıb.

Oğlan özü hər şeyin necə baş verdiyini "Rustavi-2" telekanalına danışıb. Onun sözlərinə görə, o, pəncərənin yanında stulun üzərində dayanıbmış. Pəncərədən boylanarkən stul sürüşüb və o, pəncərədən düşüb.

Onun ağır xəsarət almasını əvvəlcə paltar ipləri, sonra binanın altındakı qollu-budaqlı küknar və axıra yaxın qonşu tərəfindən asılmış döşək əngəlləyib. Oğlan bu hadisədən yalnız yüngül sıyrıntılarla yaxa qurtarıb. Ancaq buna baxmayaraq, o, müayinə olunmaq üçün İaşvili uşaq klinikasına çatdırılıb.

Qeyd edək ki, hadisə baş verərəkən oğlan evdə tək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti