...

160 milyon dollarlıq cehiz

Maraqlı Materials 3 Yanvar 2013 17:30 (UTC +04:00)
Çində şirkət sahibi Vu Duanbiao qızına toy hədiyyəsi olaraq 160 milyon dollarlıq cehiz alıb.
160 milyon dollarlıq cehiz

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Çində şirkət sahibi Vu Duanbiao qızına toy hədiyyəsi olaraq 160 milyon dollarlıq cehiz alıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, zəngin çinlinın qızının toyu 8 gün davam edib.

Atanın aldığı hədiyyələr arasında 4 qutu qızıl, "Mercedes" və "Porsche" markalı 2 avtomobil, 3 milyon dollar dəyərində bank hesabı, 16 milyon dollarlıq səhm, villa və mağazalar var.

Bundan başqa, Duanbiao qızı üçün xeyriyyə cəmiyyətinə 10 milyon dollar verib.

Qeyd edək ki, son zamanlar Çində varlılar arasında "milyonluq cehizlər" dəb halını alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti