...

İtirdiyi qızını 33 il sonra tapdı

Maraqlı Materials 16 Yanvar 2013 12:20 (UTC +04:00)
Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində Dubay hava limanı 33 il ayrı qalan ata və qızın görüş yeri olub.
İtirdiyi qızını 33 il sonra tapdı

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində Dubay hava limanı 33 il ayrı qalan ata və qızın görüş yeri olub.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əmman əsilli Məhəmməd Şamson adlı şəxs işi ilə əlaqədar olaraq yaşadığı Liberiyada ailə qurur. 1976-cı ildə onun Lyena adlı qızı olur. Qızı ilə cəmi dörd il bir yerdə olan Şamson 1980-ci ildə ailəsi ilə əlaqəsini itirir. Həmin il Liberiyada baş verən vətəndaş müharibəsindən sonra o, qızını bir daha görmür.

Lyenanı körpəlik şəkli ilə illər boyu axtaran atanın səsinə bir liberiyalı vəkil və yeni xanımı Jamela hay verib.

Kosmetika firmasında çalışan Jamelanın Liberiyadakı müştərisinin yardımı nəticəsində Şamson qızının Londonda olduğunu öyrənir. Əvvəlcə qızı ilə telefonla danışan ata "ümidimi tamamilə itirmişdim" deyir.

33 illik ayrılıqdan sonra Dubay aeroportunda baş tutan görüşdə qızı Lyena həyatı boyu bu anı unutmayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti