...

Kömür mədənindən 300 milyon il əvvələ aid metal parçası tapılıb

Maraqlı Materials 25 Yanvar 2013 10:42 (UTC +04:00)
Rusiyada bir vətəndaşın evinə yandırmaq üçün gətirdiyi kömürün içindən çıxan metal parçası elm adamlarını həqiqətən çaşbaş salıb.
Kömür mədənindən 300 milyon il əvvələ aid metal parçası tapılıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Rusiyada bir vətəndaşın evinə yandırmaq üçün gətirdiyi kömürün içindən çıxan metal parçası elm adamlarını həqiqətən çaşbaş salıb. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, Rusiyanın Çernoqorod vilayətindəki 300 milyon illik kömür ehtiyatlarına malik mədənlərdən çıxarılan kömürün içərisində metal obyekt aşkar edilib. Dinozavrların belə hələ mövcud olmadığı dövrə aid kömürün içərisindən çıxan metal qırıntısı dərhal araşdırılmağa başlanıb​​. Rusiyalı geoloqların həyata keçirdikləri testlər parçanın 98 faiz alüminium və 2 faiz maqneziumdan yarandığını aşkara çıxarıb.

"Qolos Rossii" radiosunun verdiyi xəbərə görə, elm adamları verdikləri şərhlərdə obyektin qeyri-adi şəkildə yüngül olduğunu vurğulayırlar. Tədqiqatçılar müasir dövrdə istifadə edilən bu parçanın 300 milyon illik bir kömür mədəninin içərisinə necə düşdüyünü anlamağa çalışırlar. Vilayətin əhalisi isə obyektin Yerdənkənar sivilizasiyaya məxsus olduğuna qəti şəkildə inanır. Qeyd edək ki, sirli obyekt tədqiqatların davam etdirilməsi üçün məxfi saxlanılır.

Mövzu ilə əlaqədar rəyi soruşulan Şaron Hil adlı geoloq isə metal parçasının kosmosdan gəldiyinə inanmadığını bildirib. "Təbii şəkildə meydana gəldiyi daha inandıcı görünür", - Hil bildirib.

Onun sözlərinə görə, metal parçanın kosmosdan gəlmiş olduğunu sübut etmək üçün testlərin keçirilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti