...

ABŞ-ın sabiq prezidenti Corc Buş ilk dəfə baba olub

Maraqlı Materials 15 Aprel 2013 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

ABŞ-ın keçmiş dövlət başçısı Corc Buş ilk dəfə baba olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi siyasətçinin bəyanatına istinadən "Associated Press" agentliyi xəbər yayıb.

Ağ Evin keçmiş sahibinin qızı Cenna Haqer şənbə günü axşam saatlarında dünyaya qız uşağı gətirib. Qızı nənəsinin şərəfinə Mila adlandırıblar.

Buşun sözlərinə görə, onun qızı və nəvəsi özlərini yaxşı hiss edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti