...

2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq

Maraqlı Materials 14 İyun 2013 01:40 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı məruzədə dünya əhalisinin sayının XXI əsrin ortalarında 9 milyard 600 milyona çatacağı bildirilir.
2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı məruzədə dünya əhalisinin sayının XXI əsrin ortalarında 9 milyard 600 milyona çatacağı bildirilir.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, BMT-nin açıqladığı rəqəm 2010-cu ildə açıqladığı rəqəmdən 300 milyon çoxdur.

Hazırda dünya əhalisinin 7,2 milyard olduğu qeyd edilən məruzədə 2025-ci il üçün bu göstəricinin 8,1 milyard olacağı deyilir.

Sənəddə inkişaf etməkdə olan ölkələrdə əhalinin sürətlə artdığı qeyd olunur. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin əhalisinin sayının bu gün 5,9 milyard olduğu, 2050-ci ildə isə bu rəqəmin 8,2 milyarda çatacağı bildirilir.

Məruzədə inkişaf etmiş ölkələrin əhalisinin sayında önəmli bir dəyişikliyin olmayacağı, hazırda əhalisi ümumilikdə 1,3 milyard olan bu ölkələrin sakinlərinin sayının 2050-ci ildə də eyni olacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti