...

Uruqvay marixuananın istifadəsini leqallaşdırdı

Maraqlı Materials 2 Avqust 2013 13:55 (UTC +04:00)
Uruqvay parlamenti bir çox ölkədə narkotik maddə kimi qəbul edilən marixuananın leqal şəkildə istehsalını, yayılmasını və satışını tənzimləyən qanun layihəsi qəbul edib.
Uruqvay marixuananın istifadəsini leqallaşdırdı

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Uruqvay parlamenti bir çox ölkədə narkotik maddə kimi qəbul edilən marixuananın leqal şəkildə istehsalını, yayılmasını və satışını tənzimləyən qanun layihəsi qəbul edib. Trend-in cümə günü "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, qanun layihəsi ölkə Senatı tərəfindən təsdiq ediləcəyi təqdirdə, Uruqvay marixuananın istifadəsini leqallaşdıran ilk Latın Amerikası ölkəsi olacaq.

Bununla belə, yeni qanun marixuana ticarətini nəzarətsiz buraxmayacaq. Belə ki, marixuananın istehsalı və satışı üçün lisenziya almaq lazım olacaq. Alıcıların isə yaşı 18-dən aşağı olmamalıdır. Digər tərəfdən, alınacaq narkotik maddənin miqdarı ayda maksimum 40 qram təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti