...

Dubayda evlərin damları Günəş panelləri ilə örtüləcək

Maraqlı Materials 31 Yanvar 2014 20:27 (UTC +04:00)
Dubay hakimiyyəti boş qalan damların üzərinə elektrik enerjisi hasil edən Günəş panelləri quraşdırmaq qərarına gəlib.
Dubayda evlərin damları Günəş panelləri ilə örtüləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Dubay hakimiyyəti boş olan damların üzərinə elektrik enerjisi hasil edən Günəş panelləri quraşdırmaq qərarına gəlib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, layihəyə sahibi olduqları avadanlığı ictimai elektrik enerjisi sisteminə qoşmaq imkanı olan şəhər sakinləri və özəl şirkətlər cəlb edilib.

Bununla da alternativ enerjinin həvəskarları yalnız məmnun qalmayacaq, həm də pul qazana biləcəklər.

Məlumata görə, yaxın illər ərzində Dubayın hər bir sakininin öz Günəş batareyası olacaq. İnsanlar ya avadanlığı avtonom rejimdə istifadə edəcək, ya da dövlət şəbəkəsinə qoşulacaqlar.

İkinci variantda hasil edilən enerjinin hesabat sistemi fəaliyyət göstərəcək və kompensasiya ödəniləcək. Ekspertlər yaxın 6 ay ərzində bütün hazırlıq prosedurlarını başa çatdırmağı planlaşdırırlar.

"Yaşıl dam" adlanan layihənin rəsmi təqdimatı 2014-cü ilin aprelində nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti