...

Səddam Hüseynə məxsus tapançanı yeniyetmə gəzdirirmiş

Maraqlı Materials 13 Fevral 2014 17:58 (UTC +04:00)
İsrail polisləri Kafr-Qasım şəhərində küçədə adi yoxlama zamanı 17 yaşlı yeniyetmədən üzərində İraqın keçmiş Prezidenti Səddam Hüseyna məxsus tapançanı müsadirə ediblər.
Səddam Hüseynə məxsus tapançanı yeniyetmə gəzdirirmiş

Azərbaycan, Bakı, 13 fevral /Trend/

İsrail polisləri Kafr-Qasım şəhərində küçədə adi yoxlama zamanı 17 yaşlı yeniyetmədən üzərində İraqın keçmiş Prezidenti Səddam Hüseyna məxsus tapançanı müsadirə ediblər. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrail televiziyası hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Tapança yeniyetmənin avtomobilində aşkarlanıb. Silahın üzərində S.Hüseynin adı və "Vətən müdafiəçisinə" sözləri oyularaq yazılıb.

Yeniyetmə qanunsuz silah saxladığını görə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti