...

Polis eşşəyi həbs etdi

Maraqlı Materials 18 İyun 2014 17:37 (UTC +04:00)
Meksikanın Çiapas ştatının polisi insanlara hücum edərək onlara xəsarət yetirən eşşəyi həbs edib.
Polis eşşəyi həbs etdi

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Meksikanın Çiapas ştatının polisi insanlara hücum edərək onlara xəsarət yetirən eşşəyi həbs edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, mayın 18-də qəzəblənən eşşək 63 yaşlı qocanı dişləyib, sonra isə 52 yaşlı kişiyə şıllaq ataraq onun topuğunu zədələyib.

Polisin məlumatına əsasən, eşşəyi sakitləşdirmək üçün 6 nəfər tər tökməli olub. Heyvanı müvəqqəti olaraq yerli həbsxanaya yerləşdiriblər. Eşşəyin sahibi xəsarət alanların müalicə pulunu (420 dollar) ödəməyənədək eşşək məhbus həyatı yaşayacaq.

Qeyd edək ki, Çiapas ştatının polisləri mütəmadi olaraq heyvanları həbs edirlər. Həbsə düşən heyvanlar arasında öküz və it də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti