...

Şəkər çuğundurunda insan qanının əvəzləyicisi varmış

Maraqlı Materials 6 Noyabr 2014 18:09 (UTC +04:00)
İsveç alimləri aydınlaşdırıblar ki, şəkər çuğundurunun tərkibindəki zülaldan qan əvəzləyicisi kimi istifadə etmək olar.
Şəkər çuğundurunda insan qanının əvəzləyicisi varmış

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

İsveç alimləri aydınlaşdırıblar ki, şəkər çuğundurunun tərkibindəki zülaldan qan əvəzləyicisi kimi istifadə etmək olar. Trend-in məlumatına görə, bu barədə BBC xəbər yayıb.

Məlumdur ki, hemoqlobin qanda oksigeni saxlayan zülaldır. Tədqiqatçılar araşdırmalar zamanı insan hemoqlobinin kimyəvi tərkibi ilə şəkər çuğundurunun tərkibinin çox oxşar olduğunu aşkar ediblər.

İndi alimlər bitki zülalını insan toxumalarında fəaliyyət göstərə bilməsi üçün dəyişdirməyin mümkün olub-olmadığını araşdırmağa çalışırlar.

Onların sözlərinə görə, bu, üç ilə yaxın vaxt aparacaq. Ekspertlərdən biri bəyan edib ki, bu, "çox maraqlı" olsa da, xeyli vaxt aparacaq.

Qan köçürülməsi bir çox fövqəladə vəziyyətlərdə, xərçəng kimi xəstəliklərdə uzunmüddətli prosedurlara ehtiyacı olan insanlara kömək edə bilər.

Lunda Universitetinin alimləri müəyyən ediblər ki, hemoqlobin bitkinin inkişafında mühüm rol oynayır. Onların sözlərinə görə, şəkər çuğundurundakı hemoqlobin insan qanı ilə 50-60 faiz oxşarlığa malikdir.

Ekspertlərdən biri deyib: "İndi köçürülməsi üçün kəskin qan çatışmazlığı mövcuddur. Biz alternativ tapmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti