Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/
ABŞ-ın "Russian Weapon Company" şirkəti yaxın vaxtlarda ölkə ərazisində "Kalaşnikov" avtomatı istehsal etməyə hazırlaşır.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istehsalata bu ilin II rübündə başlamaq planlaşdırılır.
Bundan başqa, daha əvvəl Rusiyadan idxal edilmiş digər silahlar da istehsal olunacaq.
Şirkətdən verilən məlumata əsasən, belə addıma səbəb Rusiya istehsallı odlu silahların ABŞ-a idxal edilməsini qadağan edən sanksiyalar olub.
AK-47 avtomatlarının üzərində "Made in USA" yazısı olacaq.