...

Mercedes-dən tarixi rekord

Maraqlı Materials 23 Yanvar 2015 16:05 (UTC +04:00)
Ötən ili rekordlarla başa vuran Almaniyanın avtomobil konserni "Mercedes-Benz" bu ildə də 77 milyon avro həcmində investisiya yatırmağı planlaşdırır.
Mercedes-dən tarixi rekord

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Ötən ili rekordlarla başa vuran Almaniyanın avtomobil konserni "Mercedes-Benz" bu ildə də 77 milyon avro həcmində investisiya yatırmağı planlaşdırır.

Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, ötən il şirkət bütün istehsal növləri və ikinci əl avtomobillər də daxil olmaqla 58 118 ədəd avtomobil sataraq tarixinin ən yüksək göstəricisinə imza atıb.

"Mercedes-Benz" 2014-cü ildə 23 100 ədəd avtomobil, 18 353 ədəd yük maşını satıb. İstehsal etdiyi 3 686 avtobus və tarixinin ən yüksək istehsal rəqəmi olan 18 519 ədəd yük maşını ilə şirkət bazardakı liderliyini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti