...

Səhvən göndərdiyimiz mesajları silə biləcəyik

Maraqlı Materials 27 Yanvar 2015 15:46 (UTC +04:00)
Telefon istifadəçiləri səhvən göndərdikləri mesajları qarşı tərəf oxumadan silə biləcəklər.
Səhvən göndərdiyimiz mesajları silə biləcəyik

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

Telefon istifadəçiləri səhvən göndərdikləri mesajları qarşı tərəf oxumadan silə biləcəklər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, yeni xidməti ABŞ-ın "String" şirkəti hazırlayıb.

Pulsuz olan bu xidmət sayəsində səhvən göndərilən mesaj, foto və ya videoları qarşı tərəf görmədən silmək mümkün olacaq.

Xidmət mesajın görülüb-görülmədiyini və ya oxunub-oxunmadığını da müəyyən edir. "iPhone" istifadəçiləri üçün nəzərdə tutulmuş xidmət yanvar ayı ərzində istifadəyə veriləcək.

Şirkətin hazırladığı başqa bir xidmət isə göndərilən mesajların qarşı tərəfin telefonundan silinməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti