...

Yulaf qutusunda piton ilanı (FOTO, VİDEO)

Maraqlı Materials 11 Mart 2015 12:59 (UTC +04:00)
22 yaşlı avstraliyalı Carred Smit Sidneydə evində səhər yeməyinə hazırlaşırmış, lakin az sonra Yeni Cənubi Uelsin Vəhşi təbiəti müdafiə xidmətinə zəng etməli olub.
Yulaf qutusunda piton ilanı (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Tural Turan/

22 yaşlı avstraliyalı Carred Smit Sidneydə evində səhər yeməyinə hazırlaşırmış, lakin az sonra Yeni Cənubi Uelsin Vəhşi təbiəti müdafiə xidmətinə zəng etməli olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Smitin yulaf qutusunun içindən piton aşkarlaması olub. O, bundan çox təəccüblənib.

Hadisə yerinə gələn polis də pitonun balaca qutuya sığışmasına inana bilməyib.

Polis əməkdaşı əlavə edib ki, ilanı qutudan çıxartmaq üçün qutunu kəsmək lazım gəlib.

Mütəxəssislərin fikrincə, piton özünü təhlükəsizlikdə hiss etmək üçün qutunun içinə girib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti