Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/
İsveçin Bari şəhərinin sakini Anna Bondesson pendirdən qorxur. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, 33 yaşlı qadın pendiri görərkən ağlamağa başlayır.
O, qorxusunun səbəbini bilmir. Fobiyasını əyləncəli hesab edən qadın onunla mübarizə aparmaq niyyətində deyil.
A.Bondesson əlavə edib ki, başqaları pendir yeyəndə özünü narahat hiss edir.