Azərbaycan, Bakı, 1 aprel /Trend/
"EasyJet" aviaşirkətinin təyyarəsi Roma aeroportuna təcili eniş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb təyyarənin sərnişinlərindən birinin sendviçi ona gec gətirən stüardessaya hücum etməsi olub.
İnsident Cenevrə-Priştina reysi ilə uçan təyyarədə qeydə alınıb. Digər sərnişinlər hadisəyə müdaxilə edərək insidentin böyüməsinin qarşısını alıblar. Vəziyyəti belə görən pilot təcili eniş etmək qərarına gəlib.
İtaliya polisi hücum edən kişini saxlayıb. Stüardessaya tibbi yarım göstərilib.