Azərbaycan, Bakı, 3 aprel /Trend/
Koreya Xalq Demokratik Respublikasının Prezidenti Kim Çen In hərəmxana yaratmaq fikrinə düşüb.
Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, hərəmxanada olacaq insanlar paytaxtdakı hotellərin birində təhlükəsizlik təlimləri keçəcəklər.
Məlumata görə, onun 2011-ci ildə dünyasını dəyişmiş atasının 17 ədəd hərəmxanası olub.
Müğənni Ri Sol Ju ilə ailə quran və evlilikdən bir qızı olan Şimali Koreya lideri gizli həyat sürür.