Azərbaycan, Bakı, 7 avqust /Trend/
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo barədə demək olar ki, hər gün xəbərlər oxuyuruq. Bununla belə, geniş auditoriyanın ulduz futbolçu haqqında bilmədiyi bəzi məqamlar var.
Trend Türkiyənin NTV telekanalına istinadən həmin məqamlara aydınlıq gətirir:
1. Ailəsi ona Ronaldo adını ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın şərəfinə verib.
2. Uşaqkən dostları ona "arı" ləqəbini vermişdilər. O qədər sürətli qaçırdı ki, heç kəs ona çata bilmirdi.
3. Ronaldo Ancelina Coninin fanatıdır. Onun ən böyük arzularından biri A.Coli və Bred Pitin də olduğu masada birlikdə şam etməkdir.
4. Ronaldo 15 yaşında ürəyindən əməliyyat olunub. Belə ki, yatdığı zaman onun ürək döyüntülüləri artırdı və bu, infarkta səbəb ola bilərdi.
5. Onun uşaqlıqdan bəri idealı "Superman"dir.
6. Ronaldo atasını 22 yaşındaykən spitli içki səbəbindən itirib və sonra müəyyən müddət narkotik aludəçisi olan qardaşı ilə yaşayıb. Buna görə də o, spirtli içki və siqaretdən uzaq durur.
7. İspan mahnılarına qulaq asmağı sevir. Ən sevimli müğənnisi isə puerto-rikolu Luis Fonsidir.
8. "Playstation" "xəstə"si olan Ronaldo çantasında və avtomobilində ehtiyat "Playstation" daşıyır.