...

Soyuq hava infarkt riskini artırır

Maraqlı Materials 2 Sentyabr 2015 02:17 (UTC +04:00)
Alimlər müəyyən ediblər ki, aşağı hava temperaturu miokard infarktının yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Soyuq hava infarkt riskini artırır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Alimlər müəyyən ediblər ki, aşağı hava temperaturu miokard infarktının yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Trend-in Korrespondent.net saytına istinadən verdiyi məlumata əsasən, alimlər apardıqları təcrübənin nəticələrini kardioloqların "ESC Congress 2015" konfransı zamanı təqdim ediblər.

Təcrübə zamanı alimlər 6 il müddətində Kanadanın Vinnipeq şəhərində yaşayan insanlarda miokard infarktının yaranma tezliyini təhlil ediblər.

Məlum olub ki, soyuq mövsümdə insanlarda infarkt daha tez-tez baş verir: isti günlərdə belə hallar sutkada 0,78 hal təşkil edirsə, soyuq havada bu göstərici 0,98 olur.

Araşdırma müəllifləri əmin edirlər ki, havanın temperaturunun 10ºC aşağı düşməsi infarkt qurbanı olma ehtimalını 7 faiz artırır.

Xəbər lenti

Xəbər lenti