...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ikinci günü keçirilir (Fotoreportaj)

Maraqlı Materials 20 Fevral 2016 14:50 (UTC +04:00)
Bu gün fevralın 20-də Bakının Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günü keçirilir.
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ikinci günü keçirilir  (Fotoreportaj)

Bakı. Trend:

Bu gün fevralın 20-də Bakının Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günü keçirilir.

Dünya Kubokunun ikinci günündə kişilərin dayaqla tullanmada, qollarda, turnikdə təsnifat yarışları keçirilir, qadınlar isə sərbəst hərəkətlərdə və gimnastika tirində mübarizə aparırlar.

Azərbaycanı kişi gimnastikası üzrə yarışlarda Oleq Stepko və Petro Paxnyuk, qadınlar arasında isə Marina Nekrasova və Yuliya İnşina təmsil edirlər.

Yarışların nəticələri üzrə azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada finala çıxıb. Azərbaycanlı gimnast Marina Nekrasova isə gimnastika tirində finala çıxıb.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti