...

Hitlerin "Mein Kampf" kitabı bestseller oldu

Maraqlı Materials 24 Fevral 2016 18:02 (UTC +04:00)
Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının yanvarın 8-də işıq üzü görmüş yeni nəşri Almaniyada satış rekordlarını vurur.
Hitlerin "Mein Kampf" kitabı bestseller oldu

Bakı. Elçin Hüseynov - Trend:

Nasist lideri Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının yanvarın 8-də işıq üzü görmüş yeni nəşri Almaniyada satış rekordlarını vurur. Bu barədə Trend "The Washington Post" qəzetinə istinadən xəbər verir.

Nüfuzlu "Der Spiegel" jurnalının bestseller kitablar siyahısında "Mənim mübarizəm" ikinci yerdə qərarlaşıb.

Qazet yazır ki, yeni nəşr kitabın orijinal versiyasından xeyli fərqlidir. Kitabda ekspertlərin çoxsaylı tənqidi qeydləri yer alıb ki, bunda məqsəd kitab ətrafındakı müxtəlif əfsanələri puça çıxarmaq və A.Hitler ideologiyasının dağıdıcı olduğunu nümayiş etdirməkdir.

Qeyd edək ki, A.Hitlerin həyatının, siyasi baxışının və milliyyətçi-sosialist fikirlərinin əks olunduğu "Mein Kampf" kitabı Almaniyada son 70 il ərzində ilk dəfə nəşr olunub. Nasist liderinin 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən sonra əsərin milyonlarla nüsxəsi çap edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti