...

Yeni "Vivaldi" adlı brauzer buraxılıb

Maraqlı Materials 6 Aprel 2016 20:26 (UTC +04:00)
"Opera" brauzerinin yaradıcısı yeni "Vivaldi" brauzerinin buraxılışını elan edib.
Yeni "Vivaldi" adlı brauzer buraxılıb

Bakı. Elçin Hüseynov - Trend:

"Opera" brauzerinin yaradıcısı yeni "Vivaldi" brauzerinin buraxılışını elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuata açıqlamasında deyilir.

Yeni brauzerdə əlavələrin qruplaşması, qeydlər, sürətli komandalar, ekspress-panel, "siçan"la işarələr, qaynar klavişlər kimi funksiyalar nəzərdə tutulub. Bundan başqa, "Vivaldi" sorğulara uyğunlaşdırılıb və "Chrome" brauzerinin genişləndirmələrini dəstəkləyir.

Yeni brauzerin tərtibatçıları qeyd edirlər ki, "Vivaldi"nin rusdilli istifadəçilər auditoriyası başqa dillərə nisbətən daha genişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti