...

27 yaşlı gəmi ustası (FOTO)

Maraqlı Materials 13 Aprel 2016 21:29 (UTC +04:00)
Tovuzda yaxın gələcəkdə su hövzələrində rahat üzə bilən əsl gəmi hazırlanacaq.
27 yaşlı gəmi ustası (FOTO)

Bakı. Trend:

Tovuzda yaxın gələcəkdə su hövzələrində rahat üzə bilən əsl gəmi hazırlanacaq.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, çoxları üçün inandırıcı olmasa da, 27 yaşlı rayon sakini buna söz verib. Hələlik isə o, kiçik ölçülü yelkənli gəmilər hazırlayır.

Elxan Həsənovun əl işlərinə tələbat da var. Usta bildirir ki, insanlar bu cür əşyalara son vaxtlar daha çox maraq göstərir. Əl ilə, incə zövqlə işlənən maketlər 5-7 günə hazırlanır. Həm də bu zaman heç bir hazır detaldan istifadə edilmir.

Suvenirlər əsasən fıstıq, qoz və şam ağaclarından düzəldilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti