...

341 tələbə "Qarabağ" sözünü canlandırdı (FOTO)

Maraqlı Materials 19 May 2016 15:56 (UTC +04:00)
Gəncədə, Azərbaycan Texnologiya Universitetində fleşmob təşkil edilib.
341 tələbə "Qarabağ" sözünü canlandırdı (FOTO)

Bakı. Trend:

Gəncədə, Azərbaycan Texnologiya Universitetində fleşmob təşkil edilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 350-yə yaxın tələbə universitetin həyətində "Qarabağ" sözünün təsvirini yaradıblar. Apreldə cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinə həsr olunan fleşmoba hər bir tələbə böyük maraq və həvəslə qatılıb.

Eyni zamanda, tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Mərasimə toplaşanlar aprel qalibiyyətinin davamının gələcəyinə, işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün çox uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Təşkilatçı Mobil Qarayev bildirib: "Burada universitetin bütün tələbələri iştirak etmək istəyirdi. Amma 341 nəfərlə biz yazını canlandırdıq. Hər bir gəncə ruh yüksəkliyi qatıldı. Bütün bunlar da gözəl təəssürat yaradır".

Tələbə Gülnar Quliyeva deyib: "Fleşmob məsuliyyətli iş idi. Biz Texnologiya Universiteti və Tələbə Gənclər Təşkilatı olaraq öhdəsindən gəldik. Fəxr edirik ki, layiqli işdə əməyimiz keçdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti