...

Fransa prezidentinin bərbəri nazir maaşı alır

Maraqlı Materials 13 İyul 2016 11:59 (UTC +04:00)
Fransa prezidenti Fransua Ollandın bərbərinin bir aylıq maası 9895 avrodur.
Fransa prezidentinin bərbəri nazir maaşı alır

Bakı. Elçin Hüseynov - Trend:

Fransa prezidenti Fransua Ollandın bərbərinin bir aylıq maası 9895 avrodur. Bu barədə Trend Fransanın "Le Point" qəzetinə istinadən xəbər verir.

46 yaşlı bərbər Olivye B. ilə beş illik əmək müqaviləsi 2012-ci ilin mayında imzalanıb. Müqavilənin şərtlərinə əsasən, bərbər hər zaman prezident üçün "əli çatan" olmalıdır və xarici səfərlərdə müşayiət etməlidir.

Qəzet qeyd edir ki, bərbərin maaşı Fransa nazirlərinin (9940, 2 avro) əmək haqları ilə müqayisə oluna ilər. F.Ollandın maası isə 14 999,78 avroya bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti