Bakı. Trend:
Salyan rayonunda Kür çayı üzərində yeni körpünün görüntüləri yayılıb.
5 aşırımdan ibarət körpünün uzunluğu 362.9 metr, eni isə 29.8 metrdir. Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. Körpü 9 ballıq seysimik təsir, A 15 və NK-100 müvəqqəti yuk təsirinə hesablanıb.
Körpünü unikal edən cəhətlər:
1. Körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib.
2. Körpü layihəsi öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxildir.
Trend "Azəravtoyol" ASC-yə istinadən körpünün unikal görüntülərini təqdim edir: