...

İtkin düşən indoneziyalı pitonun içindən tapıldı (FOTO/VİDEO)

Maraqlı Materials 28 Mart 2017 20:18 (UTC +04:00)
İtkin düşən İndoneziya sakinini həmkəndliləri 7 metr uzunluğundakı pitonun içindən tapıblar.
İtkin düşən indoneziyalı pitonun içindən tapıldı (FOTO/VİDEO)

Bakı. Trend:

İtkin düşən İndoneziya sakinini həmkəndliləri 7 metr uzunluğundakı pitonun içindən tapıblar.

Trend-in məlumatına görə, 25 yaşlı Akbar Salubiro palma yağı toplamaq üçün evdən çıxsa da, qayıtmayıb.

Salubironun evinin həyətində böyük bir piton görən kəndlilər onu öldürmək qərarına gəliblər. İlanın qarnını yaran sakinlər itkin düşmüş oğlanı tapıblar. Ehtimal ki, piton əvvəlcə oğlanı boğub, daha sonra udub.

Kəndlilər bir gün əvvəl Salubironun evinin yaxınlığında çığırtı eşitdiklərini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti