Bakı. Trend:
Hindistanın Azamgarh şəhərində yaşayan 26 yaşlı Lalita Ben Bansi 2012-ci ildə bir dava zamanı hücuma məruz qalıb və üzünə atılan sirkə turşusu onu tanınmaz vəziyyətə salıb. Bu hadisədən sonra 17 dəfə plastik əməliyyat keçirən gənc qız tam sağala bilməyib. Həyatdan ümidini üzən gənc qız təsadüf nəticəsində öz sevgisini tapa bilib.
Trend Sputnik-ə istinadən xəbər verir ki, bir gün başqa bir yerə zəng edən Lalita ben Bansi səhv nömrə yığaraq Rahul Kamara zəng vurub. Onlar bir müddət danışdırdan sonra Rahul Bansi haqqında həqiqətləri bilib. Lakin bu onların sevgisinə maneə yaratmayıb.
“Mənim başıma gələn bədbəxt hadisədən sonra evlənəcəyimi düşünməzdim. Səhv bir nömrə yığmağım həyatımı dəyişdi” - deyə Bansi öz toyunda bildirib.