Bakı. Trend:
Çinli alimər tərəfindən üzərində çap edilən mətn və şəkillərin silinməsi mümkün olan yeni növ kağız hazırlanıb. Trend-in məlumatına görə, tədqiqatçılar hesab edirlər ki, çap üçün təkrar istifadə edilə bilən bu material ətraf mühiti qorumağa imkan verəcək.
Məlumata görə, yeni kağız kimyəvi maddələrlə hopturulmuş çoxtəbəqəli polimer örtükdən ibarətdir. Yeddi müxtəlif rəng almaq üçün həmin maddələr metal duzları ilə reaksiya girir. Kağızın optik xüsusiyyətlərini artırmaq məqsədiylə isə onun tərkibinə flüoren əlavə edilir. Çap üçün nəzərdə tutulan mürəkkəb metal duzların sulu məhlulda həlli yolu ilə alınır.
Tədqiqatçıların sözlərinə görə, onlar hazırladıqları kağızı 8 dəfə təkrar çap ediblər. Daha sonra kağız intensivliyini itirməyə başlayıb. Mürəkkəbin keyfiyyəti isə altı ay ərzində dəyişməyib.