...

Səudiyyə Ərəbistanında dəvələrin gözəllik yarışı - botokslu heyvanlar kənarlaşdırıldı

Maraqlı Materials 25 Yanvar 2018 19:45 (UTC +04:00)
Səudiyyə Ərəbistanında kral Əbdüləzizin şərəfinə keçirilən festivalda 12 dəvə mübarizədən uzaqlaşdırılıb.
Səudiyyə Ərəbistanında dəvələrin gözəllik yarışı - botokslu heyvanlar kənarlaşdırıldı

Bakı. Trend:

Səudiyyə Ərəbistanında kral Əbdüləzizin şərəfinə keçirilən festivalda 12 dəvə mübarizədən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, dəvələrin diskvalifikasiyasına səbəb sahiblərinin heyvanların dodaqlarını qalınlaşdırmaq üçün onlara botoks vurması olub.

Dəvə sahiblərindən biri deyib ki, heyvanların daha çox əzələli görünməsi üçün onlara hormonlar verilir, eyni zamanda dəvənin başının daha böyük olması üçün botoks vurulur.

Festival təşkilatçıları bildiriblər ki, yarışda iştirak edən heyvanlara hər hansı cərrahi və ya kimyəvi üsullarla müdaxilə qadağandır. Lakin ən gözəl dəvə sahibinə veriləcək 45 milyon avrodan çox pul mükafatı iştirakçıları qadağan edilmiş yollara əl atmağa sövq edir.

Bir ay davam edən festivalda 30 mindən çox dəvə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti