...

İlin ən yaxşı FOTOsu seçildi

Maraqlı Materials 13 Aprel 2018 14:49 (UTC +04:00)
"World Press Photo" (WPP) beynəlxalq müsabiqəsinin münsiflər heyəti ilin ən yaxşı fotosunu seçib.
İlin ən yaxşı FOTOsu seçildi

Bakı. Trend:

"World Press Photo" (WPP) beynəlxalq müsabiqəsinin münsiflər heyəti ilin ən yaxşı fotosunu seçib. Trend-in məlumatına görə, Venesuela fotoqrafı Ronaldo Şemidtin fotosu ən yaxşı foto seçilib.

Fotoda Venesuelada mitinqlər zamanı polisdən qaçan 28 yaşlı gənc əks olunub. Gənc yanaraq canını polislərdən qurtarmağa çalışır.

Qeyd edək ki, ötən ilin ən yaxşı fotosu Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun qatilinin zərərsizləşdirildiyi əks olunan foto seçilmişdi. Fotonun müəllifi türk fotoqraf Burhan Özbiliçi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti