...

Dünyanın ən böyük kağız təyyarəsi buraxıldı (VİDEO)

Maraqlı Materials 14 İyun 2018 10:31 (UTC +04:00)
Dünyanın ən böyük kağız təyyarəsi buraxılıb.
Dünyanın ən böyük kağız təyyarəsi buraxıldı (VİDEO)

Bakı. Trend:

ABŞ-ın Massaçusets Muzeyinin əməkdaşları dünyada ən böyük kağız təyyarə hazırlayıblar.

Trend-in məlumatına görə, onlar Ginnesin rekorduna düşmək üçün 19,5 metr uzunluğu olan "təyyarə"ni havaya qaldırıblar.

"Təyyarə"nin buraxılışı Rekordlar kitabının nümayəndələrinin iştirakı ilə Fiçburq hava limanında həyata keçirilib. Nəhəng kağız (təqribən 680 kq) kranın köməyi ilə qaldırılıb.

Layihənin rəhbəri, yerli rəssam Cerri Bek bildirib ki, onun və komandasının dünyada indiyədək heç kimin etmədiyi şeyləri etmək xoşuna gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti