...

NASA göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb (FOTO)

Maraqlı Materials 13 İyul 2023 18:36 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il orbitə çıxarılan nəhəng “James Webb” rəsədxanasının ilk görüntüləri paylaşılmışdı.

Trend xəbər verir ki, bu hadisənin ildönümündə ABŞ-ın Kosmik Agentliyi (NASA) göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb.

Söhbət Yerdən 400 işıq ili uzaqlıqda olan “Rho Ophiuchi” adlı bulud topasından gedir.

Belə ki, həvəskar, həm də peşəkar astronomlar “Südyolu” qalaktikasının yanında işıldayan “Rho Ophiuchi”ni izləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti