...

Yeni 2 avroluq xatirə sikkəsi hazırlandı

Maraqlı Materials 26 Mart 2024 11:41 (UTC +04:00)
Yeni 2 avroluq xatirə sikkəsi hazırlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris zərbxanası Yay Olimpiya Oyunlarına həsr edilmiş sikkə hazırlayıb.

Trend “Figaro”ya istinadən xəbər verir ki, xatirə sikkəsinin 14 milyon ədəd istehsal olunması nəzərdə tutulub.

Dörd milyon ədədlik ilk partiya artıq ştamplanaraq Fransanın Maliyyə Nazirliyinə təhvil verilib.

İki avro nominallı sikkənin üzərində Eyfel qülləsi və idman tematikası əks olunub. Pulların bir qismi kolleksiyaçılar üçün nəzərdə tutulduğuna görə daha yüksək keyfiyyətlə hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti