...

Nazir: " Beynəlxalq hüquq Dağlıq Qarabağın statusunun həllini tələb edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2007 18:16 (UTC +04:00)
Nazir: " Beynəlxalq hüquq Dağlıq Qarabağın statusunun həllini tələb edir"

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/Beynəlxalq hüquq Dağlıq Qarabağın statusunun həllini tələb edir və Azərbaycan ən yüksək statusu - ölkənin ərazi bütölüyü çərçivəsində muxtariyyat statusunu təqdim etməyə hazırdır. Bu barədə cümə axşamı Azərbaycanda səfərdə olan italiyalı jurnalistlərin suallarına cavab verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

"Söhbət milli azlıqlardan, Azərbaycan tərkibində onların müqəddəratının təyin edilməsindən gedir",- deyə nazir bildirib.

Bir gün öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bir daha münaqişənin sülh yolu ilə həllini daha çox istyən rəsmi Bakının mövqeyini təsdiq edib. Azərbaycan Minsk qrupu vasitəçilərinin səylərini dəstəkləməyə hazırdır və Praqa prosesi çərçivəsində nizamlanmanı davam etdirmək niyyətindədir", - deyə o söyləyib.

"Praqa prosesinin çərçivəsində əldə olunan nəticələri itirmək düzgün olmazdı" - deyə Əzimov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi idiaları səbəbindən baş verib. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon -Azərbaycanın 20 faiz ərazisi - 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar. ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi altında, hələ ki, uğursuz sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti